Вторник, 23.04.2024, 17:22Приветствую Вас Гость | RSS
Baki Dövlət Sosial İqtisad kolleci
Меню сайта
Форма входа
Bizim sualimiz
Satimizi giymətlendirin
Всего ответов: 5234

2009/2010-cu tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul kampaniyası başa çatmışdır


Cari ilin tələbə qəbulu kampaniyasında TQDK tərəfindən görülən əsas işlər və onların nəticələri aşağıdakı kimi olmuşdur.


İlin əvvəlində 2009/2010-cu tədris ili üçün Respublikanın ali məktəblərinə və orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul qaydaları, ali və orta ixtisas məktəblərinə, hərbi liseylərə qəbul proqramları, xüsusi təyinatlı məktəblərə qəbul elanları “Abituriyent” jurnalının 1-ci sayında dərc edilərək ictimaiyyətə çatdırılmışdır. Həmin jurnalda Respublika Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş bakalavr ixtisaslarının qruplar üzrə siyahısı da təqdim edilmişdir. 


Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərə elmi-metodiki kömək məqsədilə TQDK  tərəfindən «Abituriyent» jurnalının xüsusi buraxılışları olan “Təsviri sənət”,  “Musiqi sənəti”, “Memarlıq və dizayn”, “Teatr”,  “Kino və xoreoqrafiya sənəti”, “Bədən tərbiyəsi və idman” adlı vəsaitlər çap edilmişdir. Vəsaitlərdə qabiliyyət ixtisaslarının yığcam xarakteristikası, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər və s. təqdim olunmuşdur. İlk dəfə olaraq 9 illik (əsas) təhsil bazasından orta ixtisas məktəblərinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə də müvafiq materiallar dərc olunmuşdur. 


  Fevral ayından başlayaraq Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Lənkəran şəhərlərində ötən ilin tələbə qəbulunun nəticələrinə və qarşıdakı qəbul imtahanlarına həsr olunmuş zona müşavirələri təşkil olunmuşdur. Həmin müşavirələrdə TQDK-nın rəhbər işçiləri, ekspertləri, müvafiq bölgələr üzrə  rayonların təhsil şöbələrinin rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak etmişlər.


Qəbul imtahanlarına hazırlıq ərəfəsində sənəd qəbulu komissiyalarının formalaşdırılması, imtahan rəhbərləri və nəzarətçilər bazasının zənginləşdirilməsi istiqamətində respublikanın ayrı-ayrı bölgələrində çoxsaylı tədbirlər həyata keçirilmişdir.


Ali məktəblərin bakalavr pilləsinə və orta təhsil bazasından orta ixtisas məktəblərinə, orta hərbi tibb məktəbinə və hərbi liseylərə ərizə qəbulunun aparılması məqsədi ilə 124 məntəqədə sənəd qəbulu komissiyaları yaradılmışdır.


Ø İmtahan rəhbərləri bazasının yenilənməsi, zənginləşdirilməsi məqdəsilə AMEA-nın ayrı-ayrı institutları ilə, eləcə də bir sıra dövlət komitəsi və nazirliklərlə əlaqələr yaradılmış, imtahanlarda rəhbər qismində iştirak etmək üçün həmin qurumların nümayəndələri müəyyənləşdirilmişdir. Bazaya ilk dəfə daxil edilən imtahan rəhbərləri ilə xüsusi seminar-məşğələlər keçirilmiş, daha sonra onlar sınaq və qəbul imtahanlarına cəlb olunmuşlar.


Nəzarətçilər bazasının daha peşəkar, öz işinə vicdanla yanaşan müəllimlər hesabına zənginləşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Mart ayından etibarən Bakı şəhəri ilə yanaşı ölkənin digər əsas bölgə mərkəzlərində nəzarətçi-müəllimlərlə seminar-məşğələlər təşkil olunmuşdur. Seminar–məşğələlərdə müəllimlərə qəbul imtahanı prosesinin idarə olunması hərtərəfli izah edilmiş, onlara TQDK tərəfindən hazırlanmış «Nəzarətçilər üçün təlimat» kitabçası təqdim olunmuş, əyani vəsait şəklində imtahan texnologiyasına aid öyrədici film nümayiş etdirilmişdir.


  Aprel və may aylarında imtahan keçiriləcək binalara baxış keçirilmiş, onların hazırlıq səviyyəsi yoxlanmışdır.


Azərbaycan Respublikasının Nazirlər Kabineti 17 mart  2009-cu il tarixdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının regional bölmələrinin yaradılması haqqında qərar qəbul etmiş və bu məqsədlə aidiyyatı orqanlara müvafiq tapşırıqlar verilmişdir. Həmin qərara müvafiq olaraq TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində regional bölmələrinin təşkili üçün ilkin tədbirlər həyata keçirilmişdir.


Qəbul kampaniyasının gedişində gənclərin imtahanlara hazırlığına metodiki kömək göstərilməsi TQDK-nın  diqqət mərkəzində olmuşdur. Bu məqsədlə müxtəlif elmi-metodiki materiallar – fənlər üzrə qəbul proqramları, imtahana hazırlığın optimal yollarına dair metodiki tövsiyələr, dərsliklərdə səthi və natamam verilən mövzulara, yaxud məktəb proqramında olub, dərsliklərdə lazımınca şərhini tapmayan məsələlərə dair məqalələr, fənn proqramlarının çətin mövzularına dair mütəxəssis şərhləri, model testlər və s. hazırlanıb gənclərin istifadəsinə verilmişdir.


Yeni tədris proqramları və dərsliklər əsasında siniflər və fənlər üzrə test toplularının yenidən işlənmiş və təkmilləşdirilmiş nəşrləri buraxılmışdır. Eyni zamanda bunların elektron versiyaları hazırlanıb abituriyentlərin istifadəsinə verilmişdir. Kimya, fizika, coğrafiya, riyaziyyat, tarix, alman dili fənləri üzrə qəbul proqramlarına əsaslanan dərs vəsaitlərinin təkmilləşdirilmiş nəşrləri buraxılmış, rus dili, ərəb dili, fars dili fənləri üzrə isə yeni dərs vəsaitləri çap edilmişdir. Hazırda Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Rus ədəbiyyatı, biologiya və ingilis dili fənləri üzrə vəsaitlərin hazırlanması üzərində iş gedir. Yeni tədris ilinin başlanğıcı ərəfəsində onlar abituriyentlərin, yuxarı sinif şagirdləri və müəllimlərin istifadəsinə veriləcəkdir.  


Qəbul imtahanlarına hazırlıq ərəfəsində gənclərin öz hazırlıq səviyyələrini yoxlamaları, test imtahanının texnologiyasına bələd olmaları və imtahana psixoloji cəhətdən alışmaları üçün aprelin 12-dən başlayaraq  Respublikanın bütün bölgələrini əhatə etməklə sınaq imtahanlarının keçirilməsinə başlanmış və aprel, may, iyun aylarında həm paytaxtda, həm də bölgələrdə sınaq imtahanları təşkil olunmuşdur.


Sınaq imtahanlarına yazılış bütünlüklə internet vasitəsilə aparılmışdır. Bu imtahanlarda sual kitabçalarının və cavab kartlarının hazırlanmasından tutmuş imtahanın keçirilməsinə qədər bütün proses ali məktəblərə qəbul imtahanlarının metod və texnologiyalarına tamamilə uyğun təşkil olunmuşdur.


Ali və orta ixtisas məktəblərinə ərizə qəbulu 2008-ci ildə olduğu kimi, bu il də  internet vasitəsilə aparılmış və  bu iş daha da təkmilləşdirilmişdir. Abituriyentlər əvvəlcədən müəyyən edilmiş  41 gün ərzində özləri barədə tələb olunan məlumatları göstərməklə “Elektron ərizə” doldurmuşlar. Bütün ixtisas qrupları üzrə qəbul imtahanları keçirildikdən sonra qısa müddətdə abituriyentlərin imtahan balları elan edilmişdir. Sonrakı mərhələdə ali məktəblərə müsabiqə şərtlərini yerinə yetirmiş abituriyentlər ixtisas seçimini yenə də internet vasitəsilə aparmışlar.


Müasir informasiya texnologiyalarının qəbul prosesinə uğurlu tətbiqi insanların vaxtına və maddi vəsaitinə qənaət olunmasına, onların zəhmətinin yüngülləşdirilməsinə, rahatlığının təmin olunmasına böyük fayda vermişdir. Prosesin uğurla başa çatması ölkəmizdə həyata keçirilən “Elektron hökumət” proqramının inkişafına dəyərli töhfə olmuş, on minlərlə gəncə məhz bu proqramın tələblərinə uyğun xidmət göstərmişdir.


 Abituriyentlərin imtahan balları elan edildikdən sonra onların düzgün ixtisas seçiminə kömək məqsədilə TQDK hər bir ixtisas qrupunun abituriyentləri üçün «İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?» adlı vəsaitlər çap etmişdir. Vəsaitdə təhsil formaları (ödənişsiz və ödənişli), Azərbaycan və rus bölmələri və hər iki bölmənin birgə müsabiqəsinə aid qəbul planları verilmiş, müsabiqəyə buraxılma şərtləri bir daha göstərilmiş, eyni zamanda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanmasına dair məlumatlar təqdim olunmuşdur.


Abituriyentlərin ixtisas seçimi zamanı düzgün istiqamət götürmələrinə kömək məqsədilə 2007 və 2008‑ci illərdə ali məktəblərə qəbul imtahanlarında formalaşmış keçid balları haqqında məlumatlar da ayrıca vəsaitdə çap edilmişdir.


 Ali məktəblərin ayrı-ayrı ixtisasları üzrə builki plan yerlərinə aid göstəricilər isə xeyli əvvəldən “Abituriyent” jurnalının 4-cü sayında çap edilib ictimaiyyətə çatdırılmışdır.


Abituriyentlərin ali məktəblərə internet vasitəsilə ixtisas seçimi 2009-ci il iyulun 25-dən avqustun 3-dək aparılmışdır. Avqustun 5-də yerləşdirmə aparılmış və onun nəticələri həmin gün internet və “Abituriyent” jurnalı vasitəsilə ictimaiyyətə elan edilmişdir.


Dövlət Komissiyası qəbul kampaniyasının bütün mərhələlərində ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, qəbul prosesinin şəffaflığının təmin edilməsinə böyük önəm vermişdir. Bu məqsədlə müxtəlif tədbirlər həyata keçirilmişdir:


¨    İmtahanların məzmunu həmişə açıq olmuşdur: fənlər üzrə qəbul proqramları, çətin testlərin izahı, model testlər, sınaq imtahanlarında istifadə olunan test kitabçaları, test tapşırıqları topluları, bunların elektron versiyaları, müxtəlif metodiki vəsaitlər hazırlanaraq abituriyentlərin istifadəsinə verilmişdir;


¨    Qəbul kampaniyasının bütün gedişi və ayrı-ayrı mərhələləri ardıcıl olaraq internetdə və kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.


¨    Dövlət Komissiyasında hər həftə KİV nümayəndələri üçün brifinqlər və mətbuat konfransları keçirilmişdir.


¨    TQDK sədri hər bir ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri elan olunduqdan sonra Dövlət Televiziyasının canlı efirində çıxış etmiş, abituriyentlərin imtahan nəticələrini elektron görüntülərin müşayiəti ilə şərh etmişdir. Komissiyanın əməkdaşları da qəbul kampaniyasının gedişi ərzində müxtəlif televiziya proqramlarında çoxsaylı çıxışlar edərək ictimaiyyəti maraqlandıran mövzulara toxunmuş, abituriyentlərə qəbul qaydaları barədə geniş məlumatlar vermişlər. Abituriyentləri ixtisas seçimi prosesi ilə yaxından tanış etmək məqsədilə Komissiya tərəfindən xüsusi videoçarxlar hazırlanmış və televiziya kanallarında nümayiş etdirilmişdir; 


¨    Hər bir imtahan keçirilən zaman prosesi kütləvi informasiya vasitələrinin 50-dək nümayəndəsi müşahidə etmişdir;


¨    Komissiyanın internet saytında abituriyentlərə imtahan binalarının yerini müəyyən etməkdə kömək məqsədilə xüsusi xəritə-göstəricilərlə təchiz olunmuş, binaların ünvanlarının əks olunduğu proqram yerləşdirilmişdir;


¨    Ənənəvi olaraq abituriyentlərə qəbul imtahanının sonunda öz sual kitabçalarını götürmək imkanı verilmişdir. Şəffaflığın daha bir atributu olan bu imkan abituriyentlərə imtahanın nəticələri elan olunana qədər öz kitabçalarındakı qeydlərini araşdırmağa, cavablarını yoxlamağa, ballarını hesablamağa  imkan vermişdir.


¨    Hər imtahan gününün sonunda “Space” televiziyasının canlı efirində imtahana düşən sualların düzgün cavabları elan edilmiş, ekspertlər abituriyentlərin və valideynlərin suallarına aydınlıq gətirmişlər. Yenə hər imtahan günü saat 21:00-dən etibarən qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının bölmələr və variantlar üzrə doğru cavabları, eləcə də balların hesablanması üçün xüsusi proqram-kalkulyator Komissiyanın internet saytında yerləşdirilmişdir. ;


¨    Qəbul kampaniyasının bütün aktual məsələlərinə dair məlumatlar ilboyu Dövlət Komissiyasının internet saytında Azərbaycan, rus və ingilis dillərində yerləşdirilmiş və bunlar müntəzəm olaraq yenilənmişdir. Saytda informasiya mübadiləsi xidməti də fəaliyyət göstərmişdir. Bunun vasitəsilə hər kəs qəbulla bağlı maraqlandığı suallara operativ cavab ala bilmişdir. Saytda "Test üsulu ilə yoxlama sistemi" də qurulmuşdur. Bu da arzu edənlərə internet vasitəsilə sınaq imtahanı vermək və onun nəticələrini öyrənmək imkanı yaratmışdır. TQDK-nın saytındakı məlumatların mövzu dairəsi daha da genişlənmiş, xidmət növləri artırılmışdır.


¨    Sınaq imtahanlarına qeydiyyat da internet vasitəsilə aparılmışdır. Sınaq imtahanlarının nəticələrinin də saytda yerləşdirilməsi abituriyentlərə bununla bağlı rahat məlumat almağa imkan vermişdir. Ümumiyyətlə, internet TQDK-nın abituriyentlərlə, ictimaiyyətlə informasiya mübadiləsinin ən çevik forması kimi özünü təsdiq etmişdir;


¨    TQDK-nın mətbu orqanı olan “Abituriyent” jurnalı özünün bütün sayları, xüsusi buraxılış və nəşrləri ilə  ictimaiyyətin, xüsusilə də abituriyentlərin və təhsil işçilərinin hərtərəfli məlumatlandırılmasına və maarifləndirilməsinə xidmət göstərmişdir.


Qəbul kampaniyası kütləvi proses olduğuna görə, ənənəvi olaraq, bu prosesə hazırlıq, imtahanların təşkili və idarə olunmasına TQDK-nın əməkdaşlarından əlavə müxtəlif dövlət qurumlarının xeyli sayda nümayəndəsi də cəlb olunmuşdur. Belə ki, təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının 1000-ə qədər təcrübəli müəllimi və elmi işçisi imtahanların məzmununa aid materialların hazırlanmasında və ekspertizasında yaxından iştirak etmişdir. Respublikanın orta məktəblərinin 4066 müəllimi nəzarətçi, ayrı-ayrı dövlət strukturlarından 1248_-dək mütəxəssis imtahan rəhbəri kimi imtahan prosesinin iştirakçısı olmuşdur. Xüsusi Dövlət Mühafizə Xidmətinin çoxsaylı əməkdaşları imtahan prosesinin təhlükəsizliyini yüksək səviyyədə təmin etmişlər. Daxili İşlər Nazirliyinin, “Azərbaycan Hava Yolları” Dövlət Konserninin, Səhiyyə, Rabitə və İnformasiya Texnologiyaları və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının peşəkarlığı imtahanların mütəşəkkil keçirilməsində mühüm rol oynamışdır.


Ali və orta ixtisas təhsili məktəblərinə tələbə qəbulunun nəticələrinə əsasən təhsilin həm olkə səviyyəsində, həm də ayrı-ayrı bolgələr və məktəblər uzrə gostəriciləri, eləcə də abituriyentlərin ayrı-ayrı fənlər uzrə nəticələri, onların muxtəlif ixtisas qruplarına meyil və maraqları, ali məktəblərə qəbulolma gostəriciləri, yuksək və zəif gostəricili rayonlar və məktəblər faktiki materiallar əsasında daha əhatəli şəkildə təhlil ediləcəkdir. Burada ali və orta ixtisas məktəblərinə qəbulun yekunlarına aid ən mühüm statistik göstəricilər təqdim olunur.

 

 

2009-cU İldə alİ məktƏblƏrƏ qəbul İmtahanlarında

 

 
İŞTİRАK EDİB:

 

 

C Ə M İ                                          107347


- Аzərbaycan bölməsi üzrə                97006


- rus bölməsi üzrə                               10341

 

 


  
QƏBUL OLUB:

 

 

C Ə M İ                                            28498


- Аzərbaycan bölməsi üzrə                24463


- rus bölməsi üzrə                                 4035

 

 


Ənənəvi olaraq ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən gənclərlə TQDK-da görüşlər təşkil edilmişdir. Bu görüşlərdə TQDK-nın rəhbərliyi qəbul imtahanlarında yüksək bilik nümayiş etdirərək tələbə adı qazanmış gəncləri maraqlandıran çoxsaylı sualları cavablandırmış, qəbul imtahanlarının gedişi, test suallarının məzmunu və qəbul kampaniyasının digər sahələri üzrə onların fikirləri, rəy və təklifləri ilə tanış olmuşlar.


TQDK qəbul imtahanının məzmununun və qiymətləndirmə mexanizminin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin davamı olaraq bu il magistratura pilləsinə qəbul qaydalarında müəyyən dəyişikliklər etmişdir. Yeni qaydalara uyğun olaraq, 2009/2010-cu tədris ilindən ali məktəblərin magistratura pilləsinə qəbul imtahanları iki mərhələdə keçirilmişdir. İmtahanların birinci mərhələsində (mayın 3-də keçirilmişdir) bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi test üsulu ilə yoxlanılmış və TQDK tərəfindən qoyulan müsabiqə şərtlərini ödəyənlər ikinci mərhələdə iştirak imkanı əldə etmişlər. İkinci mərhələdə isə (iyunun 21-də keçirilmişdir) bakalavrların ixtisas üzrə bilikləri yoxlanılmışdır. Müsabiqə iki mərhələnin ümumi balı əsasında həyata keçirilmişdir.


Yeniliklərdən biri də cari ildən magistratura imtahanlarında bakalavrların informatika üzrə ümumi biliklərinin test üsulu ilə yoxlanılması olmuşdur. Bu, magistratura pilləsi üzrə təhsil alan şəxslərdən daim tədqiqatlar aparmaq, müvafiq sahə üzrə dünyada  baş verən yenilikləri izləmək zərurətindən irəli gəlmişdir.  Qaydalara uyğun olaraq TQDK magistraturaya magistraturaya qəbul aparılan ixtisaslar qəbul proqramları üzrə qruplaşdırımışdır. Müəyyən proqramlara daxil olan ixtisasları seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə təqdim edilmiş suallara yazılı formada cavab vermişlər.


TQDK bəhs olunan dövrdə Respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanları ilə yanaşı, müxtəlif məzmunlu test imtahanları da keçirmişdir. Həmin imtahanların siyahısını təqdim edirik:


fevralın 27-də Daxili İşlər Orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı;


aprelin 19-da Türkiyə universitetlərində təhsil almaq istəyən Azərbaycan  gəncləri üçün qəbul imtahanı;


aprelin 25-də dövlət qulluğuna işə qəbul оlmаq istəyən Azərbaycan vətəndaşları üçün tеst imtаhаnı və Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüdünün verilməsi üzrə elan edilmiş müsabiqədə iştirak edən tələbələr üçün test imtahanı;


mayın 7-də vakant hakim vəzifələrinə namizədlərin seçilməsi üçün test imtahanı keçirir;


mayın 15-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda  (MDBƏİ), həmçinin Rusiya Federasiyasının digər ali məktəblərində təhsil almaq istəyən Azərbaycan vətəndaşları  üçün qəbul imtahanı;


mayın 23-də Ədliyyə  orqanlarında  işləmək istəyən namizədlər üçün test imtahanı;


mayın 24-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən test imtahanı və  Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı;


avqustun 30-da “vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı


 TQDK biliyin qiymətləndirilməsi işini dünyada qəbul olunmuş standartlara uyğun şəkildə qurmaq üçün aidiyyatı beynəlxalq qurumlarla əlaqə və əməkdaşlığını davam etdirmiş və bu il bu istiqamətdə bir sıra layihələr həyata keçirmişdir. Bu sahədə 2009-cu il mayın 20-dən 22-dək Bakı şəhərində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkilatçılığı ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assessment) regional konfransı xüsusi yer tutur. Regional konfrans “Təhsildə qiymətləndirmə: müasir vəziyyət və inkişaf perspektivləri” mövzusuna həsr olunmuşdu. Konfransda İngiltərə, Niderland, Rusiya, Qazaxıstan, Belarus, Nigeriya və digər ölkələrin nümayəndələri iştirak etmişlər.

 

 

mini çat
500
Statistika