Четверг, 25.04.2024, 11:35Приветствую Вас Гость | RSS
Baki Dövlət Sosial İqtisad kolleci
Меню сайта
Форма входа
Bizim sualimiz
Satimizi giymətlendirin
Всего ответов: 5234

TQDK 9 İLLİK (ƏSAS) TƏHSİL BAZASINDAN ORTA İXTİSAS MƏKTƏBLƏRİNƏ QƏBUL İMTAHANI KEÇİRİR


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2009-cu il avqustun 30-da cari tədris ili üçün 9 illik (əsas) təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanı keçirir.

Abituriyentlər “İmtahana buraxılış vərəqəsi” və “Abituriyentin vəsiqəsi”ni sənədlərini təqdim etdikləri Sənəd Qəbulu Komissiyasından 27, 28 və 29 avqust tarixlərində saat 10:00-dan 17:00-dək əldə edə bilərlər.

 Əsas (9 illik) təhsil bazasından orta ixtisas məktəblərinə cari ildə ayrılan 9516 plan yerinə 26408 abituriyent sənəd vermişdir. Onlardan 15958 nəfəri qız, 10450 nəfəri oğlandır.

 Qəbul imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Quba və Göyçay şəhərlərində 50 binada keçirilir. İmtahan bütün binalarda eyni vaxtda - saat 14:00-da başlanır.

 Bakı şəhərində 11307, Sumqayıtda 2310, Naxçıvanda 824, Gəncədə 3338, Lənkəranda 1525, Mingəçevirdə 1416, Şəkidə 1150, Şirvanda 1572, Qubada 1409, Göyçayda 1557 abituriyent imtahan verəcək.

 1697 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 206 imtahan rəhbəri cəlb olunmuşdur.

 Cari tədris ili üçün 9 illik (əsas) təhsil bazasından 672 ixtisas üzrə 47 orta ixtisas məktəbinə qəbul aparılır.

 9516 plan yerindən 5652-si ödənişsiz, 3864-ü ödənişli əsaslarla olan ixtisaslardır. Onlardan 8548 yer Azərbaycan bölməsinə: 4942 ödənişsiz, 3556 ödənişli, 222 yer rus bölməsinə: 145 ödənişsiz, 77 ödənişli, 746 yer birgə müsabiqə aparılan ixtisaslara: 515 ödənişsiz, 231 ödənişli aiddir.

 Abituriyentlər 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər. Rus bölməsinin abituriyentləri ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı Azərbaycan dil fənnindən də imtahan verəcəklər. Həmin abituriyentlərə Azərbaycan dilindən 5, rus dilindən isə 10 sual təqdim olunacaq.

İmtahanın nəticələri sentyabrın 5-dək TQDK-nın internet saytında yerləşdiriləcək, qəbul olanların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.

mini çat
500
Statistika