Пятница, 26.04.2024, 23:03Приветствую Вас Гость | RSS
Baki Dövlət Sosial İqtisad kolleci
Меню сайта
Форма входа
Bizim sualimiz
seçdiyiniz ixtisas
Всего ответов: 142

Donuz qripi

Donuz qripi
 
Son vaxtlar mövsüm dəyişikliyi ilə əlaqədar infeksion xəstəliklər də artır.

Hazırda bu xəstəliklərin ən təhlükəlisi və ən tez yayılanı isə A/H1N1 ("donuz qripi”) virusudur. İnfeksion xəstəliklərdən qorunmağın bir yolu da qəbul etdiyimiz qidalardan asılıdır. Mütəxəssislər düzgün qidalanmaqla bütün infeksion xəstəliklərdən, o cümlədən A/H1N1 virusundan qorunmağın mümkün olduğunu bildirirlər.

İstanbuldakı Memorial Tibb Mərkəzinin mütəxəssisi Şəfiqə Aydın Səlçuq bədənin immunitetinin artırılması üçün düzgün qidalanmağın vacib olduğunu deyib.

Mütəxəssisin sözlərinə görə, A, C, E vitaminləri, selenium, maqnezium kimi minerallar, omeqa - 3 və omeqa - 9 yağları immuniteti artırır. Həmçinin, ət, süd, meyvə-tərəvəz, dənli bitkilər gün ərsində mütləq qəbul edilməlidir.

- A vitamini orqanizmi infeksiyadan qoruyur. Yumurta, süd, balıq, ispanaq, portağal, kök, yaşıl bibər, ərik kimi sarı, həmçinin, narıncı, yaşıl meyvə tərəvəzlərdə A vitamini var.

- C vitamini immuniteti artırır, bədəni gücləndirir. Yaşıl bibər, itburnu, gül kələmi, ispanaq, portağal, limon, mandarin həm də C vitamini baxımından zəngindir. Tərəvəzlərdən hazırlanan salatlar saxlanmamalı, dərhal yeyilməlidir.

- E vitamini də orqanizmi müdafiə edir. Fındıq, qoz, badam, dənli bitkilər, yaşıl yarpaqlı tərəvəzlər, E vitamini ilə zəngindir. Həmçinin, balıq yağı, badam yağı, küncüd yağı, fındıq yağı, zeytun yağı da bu qəbildən olan qidalardır.

- Orqanizmdə sink çatışmazlığı immuniteti azaldır, infeksion xəstəliklərə yol açır. Qırmızı ət, qabıqlı dəniz məhsulları, heyvan qaraciyəri tərkibində sink olan qidalardır. Bu məhsullar olmasa, fındıq, qoz və püstə kimi çərəzlər, süd, pendir və dənli bitkilərdən əvəzedici kimi istifadə etmək olar.

- Bakteriyalara qarşı mübarizə aparan qida məhsullarının arasında qatıq və kefir də var. Bütün öynələrdə bu süd məhsullarının qəbul olunması vacibdir. Kefir eyni zamanda orqanizmdə xoş və ya bədxassəli şişlərin əmələ gəlməsinin qarşısını alır, yaranan şişlərin əriməsinə kömək edir.

- Səhər yeməklərində 1 çay qaşığı bal və ya limonlu-ballı ilıq çay çox faydalıdır. Bal ağız və bronxlardakı infeksiyaların qarşısını alır. Balın anti-mikrob təsiri mövcuddur.
- Sarımsaqdan da infeksion xəstəliklərə qarşı təbii dərman kimi istifadə olunur. Sarımsağın tərkibində A və C vitaminləri ilə yanaşı, az miqdarda kalsium, maqnezium, sodium, dəmir və B kompleks vitaminləri var.

- A, C, K vitamini baxımından zəngin olan cəfərinin isə bütün yemək və salatlarda istifadəsi məsləhət görülür. 1 dəstə cəfəri insanın 1 günlük C vitamini ehtiyacını qarşılayır. Bu baxımdan salatlara çiy cəfəri qarışdırmaq və yemək bişəndən sonra üstünə cəfəri doğramaq lazımdır.

- Narın tək suyunu yox, toxumunu da qəbul etmək məsləhət görülür. Ərik qurusunu isə yemək aralarında yemək xeyirlidir.
Bütün dünyada ən çox yeyilən 26 meyvə arasında vitaminlə ən zəngin olan meyvə kividir. Kivinin 100 qramında təxminən 100-400mg C vitamini var. Meyvənin tərkibi digər vitamin və minerallarla da zəngindir.

- Bitki çaylarına gəlincə, bu mayenin qəbul edilməsini bütün mütəxəssislər tövsiyə edir. İtburnu, böyürtkən, ihlamur və digər bitkilərdən çay dəmləyərək limonla içmək çox faydalıdır.

mini çat
500
Statistika